AZ

Bu qış necə keçəcək? – Rəsmi açıqlama


“Qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, fəsillik proqnozlar uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF, ABŞ-ın Beynəlxalq Tədqiqatlar institutu - IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı - APEC Climate Center və s.) tərəfindən yayımlanır:
“Fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır”.
phrase_var_article.chosen
26
35
yeniavaz.com

10phrase_var_article.sources