AZ

Türkiyə Somalidə kosmodrom tikintisinə başlayıb

Türkiyə Somalidə kosmodrom tikintisinə başlayıb. Bu barədə ölkə prezidenti məlumat verib. O qeyd edib ki, bu layihə iş yerlərinin açılmasına və dövlət büdcəsinin artmasına kömək edəcək.

“Mən şəxsən inanıram ki, Somalidə türk peykləri üçün buraxılış sahəsinin yaradılmasının əhəmiyyəti bu layihənin gətirəcəyi milyardlarla dollar və imkanlardan daha böyükdür”, deyə Somali Prezidenti Həsən Şeyx Mahmud bildirib.

 Kosmodromun tikintisi 6 milyard dollar dəyərində qiymətləndirilir. BƏƏ də investorlardan biri ola bilər.

Somalinin coğrafi mövqeyi ballistik raketlərin sınaqdan keçirilməsi və kosmodrom tikintisi üçün idealdır.

 Türkiyə Somali ilə əlaqələri gücləndirən azsaylı xarici güclərdən biridir. Son on ildə Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq və infrastruktur layihələri vasitəsilə ölkədə təsirini genişləndirib.

O, paytaxt Moqadişu hökuməti ilə yarı muxtar bölgə olan Somaliland liderləri arasında vasitəçilikdə iştirak edir.

Ülviyyə, Hurriyyet.az 

Seçilən
4
hurriyyet.az

1Mənbələr