AZ

Azərbaycanda sağlamlıq turizminin inkişafının əsas şərtlərindən biri açıqlanıb

Azərbaycanda kadr potensialının gücləndirilməsi sağlamlıq turizminin inkişafında əsas şərtlərdəndir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kadr potensialının gücləndirilməsi, idarəetmənin effektivliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dövlət-özəl əməkdaşlığının inkişafı sağlamlıq turizmi sahəsində əsas prioritetlərdir.

"Sağlamlıq turizmi sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi və xidmət keyfiyyətinin artırılması, mövcud potensialdan daha səmərəli istifadə etmək üçün vacibdir," - F. Nağıyev bildirib.

O əlavə edib ki, Dövlət Turizm Agentliyi bu istiqamətdə müvafiq tədbirlərin keçirilməsi və strategiyaların hazırlanması ilə bağlı dəstəyini davam etdirməyə hazırdır.

"İnanıram ki, bu kimi tədbirlər və müzakirələr ölkəmizin səhiyyə və sağlamlıq sisteminin inkişafına mühüm töhfə verəcək", - deyə Agentlik rəhbəri qeyd edib.

phrase_var_article.chosen
40
1
ikisahil.az

2phrase_var_article.sources