AZ

Gürcüstandan Aİ-yə sərt reaksiya: “Baxın, görün hansı absurdluğa yol verirlər”

“Avropa İttifaqı Şurasının Gürcüstan hökumətini Avropa yoluna qayıtmağa çağırması absurddur”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.

O, Avropa İttifaqı məkanında vəziyyətin acınacaqlı olduğunu bildirib.

“Siz hansı qayıdışdan danışırsınız? Baxın, görün hansı absurdluğa yol verirlər. Onlar bir addım belə atmaq istəmirlər. Əslində top onların tərəfindədir. Danışıqları açın və biz imzalayaq”, - baş nazir söyləyib.

Qeyd edək ki, Aİ Şurası ötəngünkü hesabatında Gürcüstan hakimiyyətini təcili olaraq Avropa yoluna qayıtmağa çağırıb.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
37
teleqraf.com

1phrase_var_article.sources