AZ

İranın turizm naziri İrəvanda farslaşdırmağa çalışdıqları Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidi ziyarət edib

İran hökumətinin “Dolat.ir” rəsmi saytı xəbər verir ki, dünən İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyid Rza Salehi Əmiri Qədim Sivilizasiyalar Assambleyasına üzv ölkələrin 8-ci iclasında iştirak etmək üçün Ermənistana yollanıb.

Azad İran dərgisinin məlumatına görə, naziri İranın Ermənistandakı səfiri Mehdi Sübhani və mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed qarşılayıb.

İran mediası Qədim Azərbaycanın İrəvandakı tarixi memarlıq abidəsi sayılan Göy Məscidi qərəzli şəkildə yenidən farslaşdırmağa çalışıb.

Rəsmi hökumət saytı bununla bağlı yazıb: “İrəvanın Göy Məscidi yalnız gözəlliyi və unikal dizaynı ilə deyil, həm də Ermənistan və İran arasında multikultural tarixin və qarşılıqlı mədəni əlaqələrin rəmzi kimi tanınır”.

visiontv.az



phrase_var_article.chosen
45
11
visiontv.az

10phrase_var_article.sources