Nəsimi rayonunda antisanitariya.
XALQ.AZ məlumat verir ki, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi (33-39), yaşayış binasının ətrafını sıçovullar məskən salıb. Paytaxtın mərkəzi olan Nəsimi rayonunda məsələ nəzarətdən çıxıb. Sakinlərin bildirdiyinə görə dəfələrlə Nəsimi rayon İcra Hakimiyyətinə, Nəsimi Bələdiyyəsinə və Nəsimi Rayon Gigiyena və epidemiologiya mərkəzinə edilən müraciətlər cavabsız qalıb, heç bir tədbir görülmür.
Nəsimi rayon Mənzil Kommunal və Texniki Xidmət birliyindən isə onalar bu məsələnin aidiyyatı olmadığını deyiblər. Sakinlərin sözlərinə görə gəmiricilər evlərə girir,ətrafda olan avtomobillərə belə ziyan vurublar.
Qeyd edək ki, sıçovulların ətrafada yayılması ilə bağlı Nəsimi rayonu aidiyyatı qurumlarından heç bir cavab ala bilmədik.
Videonu tanınmış jurnalist Samir Feyruzov sosial şəbəkədə yayımlayıb.
Həmin görüntüləri təqdim edirik.