AZ

Depressiyadan necə çıxmaq olar? - ARAŞDIRMA

Günümüzün ən çox rast gəlinən psixi pozğunluğu olan depressiyanın dərmanının yerimək olduğu məlum olub. 

“Cebheinfo.az” xəbər verir ki, 100 min nəfər üzərində aparılan araşdırma gündə 7 min addım atmağın depressiyanın mənfi təsirlərini aradan qaldırdığını müəyyən edib. 

Alimlər nizamlı gəzintilərin həm fiziki, həm də ruhi sağlamlıq üçün faydalı olduğunu və gündə 5 mindən az addım atanların depressiya riskinin artdığını açıqlayıb.

Digər tərəfdən, ABŞ, Çin, İngiltərə və Avstraliyadan olan tədqiqatçılar depressiyanın gənclərin və yetkin insanların beyninə fərqli təsir göstərdiyini müəyyən ediblər.

Nəticələri “Nature Mental Health” jurnalında dərc edilən araşdırmada ABŞ, Çin, İngiltərə və Avstraliyadan olan elm adamları 440-a depressiya diaqnozu qoyulan 12-25 yaş arası 810 nəfərin beynini araşdırıb.

Tədqiqatçılar depressiya diaqnozu qoyulanların beyin skanlarını qalan 370 sağlam insanın beyinləri ilə müqayisə ediblər.

Tədqiqatçılar depressiya diaqnozu qoyulan gənclərin beyin bölgələrinin bir-biri ilə ünsiyyətində müəyyən pozğunluqlar yaşadıqlarını ifadə edib və bu pozulmaların böyüklərdə müşahidə olunanlardan fərqli olduğunu qeyd ediblər. 

phrase_var_article.chosen
9
cebheinfo.az

1phrase_var_article.sources