AZ

Azərbaycanın istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat təşkil edib.

“Far.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu,ötən ilin müqayisədə 4,8 % çoxdur.

11 aylıq dövriyyənin 80 %-ni pərakəndə ticarət dövriyyəsi, 16,9 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,7 % artaraq 64,7 milyard manata çatıb ki, onun da 46,7 %-i və yaxud 30,2 milyard manatı (2,1 % çox) fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə dövlət mülkiyyəti üzrə təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 7,2 % artaraq 2,7 milyard manat olub.

Seçilən
34
17
far.az

10Mənbələr