"Rusiya Suriyanın dəstəyini itirib. BMT Baş Assambleyasında Ukraynanın işğal olunmuş ərazilərində insan haqlarının vəziyyətinə dair qətnamə qəbul olunub. Suriya ilk dəfə olaraq Rusiyaya dəstək verməyib. Bu ölkə nümayəndəsi səsverməyə qatılmayıb".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
Ş.Cəfərli vurğulayıb ki, Əsəd dövründə Suriya daim Rusiyanı dəstəkləyib: "Halbuki Suriya BMT-də daim Rusiyanın mövqeyindən çıxış edirdi. Əsədin devrilməsi ilə Moskva azsaylı müttəfiqlərindən birini itirib".
Politoloq qeyd edib ki, hərbi bazaların çıxarılması da gündəmdədir: "Şamdakı müvəqqəti hökumətin nümayəndəsi Rusiyanı Suriyadakı mövcudiyyətinə və maraqlarına yenidən baxmağa çağıraraq onun hərbi bazalarının ölkədə qalmasına isti yanaşmadıqlarına işarə etmiş olub".
Tehran,
Sitat.info