AZ

Əvəz Zeynallının həbs müddəti azaldılıb

"Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həbs müddəti 2ay,  onunla birgə ittiham olunan Elnur Şükürovun isə 1 il azaldılması ilə bağlı qərar qəbul edilib. Bu barədə Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.


 Bildirilib ki, məhkəmə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilib.


Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.


2023-cü il martın 27-i Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və "Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclasında vəkillərin verdiyi vəsatətlər təmin olunmayıb. 
 
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.


Rüşvət ittihamı "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.


Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. "Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur. O, istintaq dövründə ifadə verməkdən imtina edib.


Aytac Zeynalova
 



www.anews.az
Seçilən
25
anews.az

1Mənbələr