Avstraliyanın xarici işlər naziri Penni Vonq Kiyevə səfər edib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Avstraliyadakı səfiri Vasili Myroşnıçenko “X” platformasındakı paylaşımında bildirib.
“Xarici işlər naziri Penni Vonqu Kiyevdə salamlamaqdan məmnunam. Görüşlər və müzakirələrlə dolu bir gün olacaq”, - deyə diplomat paylaşımında qeyd edib.