AZ

İsveçrə məyus etsə də, ABŞ senatı yenə ANCA-nın oyuncağı oldu - YENİ GƏLİŞMƏ

İsveçrə Federal Şurası sosial şəbəkə hesabında mühüm bir paylaşım edib.
İsveçrənin xarici işlər naziri İqnazio Kassis deputatların təqdim etdiyi “Qarabağa həsr olunmuş beynəlxalq konfrans”ın çağırılması təşəbbüsünü rədd edib.

Bildirilib ki, deputatlar hökumətə “erməni əhalisinin geri qaytarılması ilə bağlı danışıqlar üçün forum” təşkil etməyi təklif ediblər. Lakin xarici işlər naziri öz etirazını bildirib, qeyd edib ki, bu məsələ Ermənistan və Azərbaycan tərəfindən həll edilməlidir.
İsveçrə erməniləri məyus etsə də okeanın o üzündən ermənilərə xoş xəbər gəlib.
Amerikalı senatorlar Qari Peters və Bill Kassidi Senatda Azərbaycanın guya Qarabağdaapardığı “etnik təmizləməsini” pisləyən, həbsdə olan ermənilərin dərhal azad edilməsini tələb edən qətnamə təqdim ediblər. Qətnamədə ABŞ hökumətinə çağırış edərək Azərbaycana hərbi yardımı dayandırmaq və lazımi beynəlxalq müdafiə ilə Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtmaq hüququnun həyata keçirilməsinə dəstək verməyi tələb ediblər.
Erməni mediası qətnamənin Amerika Erməniləri Milli Komitəsinin (ANCA) təsiri ilə tərtib olunduğunu gizlətmir:” Erməni Amerika Komitəsi Konqresdən maksimum dəstək almaq və yaxın gələcəkdə onların qəbuluna nail olmaq istiqamətində bu və digər oxşar qətnamələr üzərində işləməyə davam edir”.

Beləliklə,İsveçrə ermənilərin oyununa gəlməsə də, ABŞ senatı ənənəvi olaraq ermənilərin əlində oyuncaq olmaqda davam edir.


Əntiqə Rəşid

Seçilən
10
adalet.az

1Mənbələr