Azərbaycanın quru sərhədləri açılsa “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək.

İndex.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

“Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq”, – deyə o qeyd edib.