AZ

Qar insanı zəhərləyir - HƏKİM

Daha bir qış əyləncəsinin sağlamlıq üçün təhlükəli olduğu ortaya çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, rusiyalı məşhur terapevt Tatyana Taradyeva qar yeməyin nəticələri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, qış əyləncəsi sağlamlığa ciddi ziyan vura bilər. Beləliklə, qar yemək bəzi hallarda ən azı hipotermiya, kəskin respirator virus infeksiyası və ya zəhərlənmə ilə nəticələnə bilər. Həkim izah edib ki, qarda kimyəvi birləşmələr, ağır metallar və patogen orqanizmlər ola bilər. 

Taradyeva qeyd edib ki, yolun kənarındakı qar xüsusilə təhlükəlidir: “Çünki onun üzərində müxtəlif zəhərli maddələrdən, o cümlədən dəm qazı, karbohidrogenlər və azot oksidlərindən ibarət avtomobillərin işlənmiş qazları çökür”.

Bundan əlavə, qarda təhlükəli xəstəliklərə səbəb olan E.coli, salmonella və listeria da daxil olmaqla təhlükəli bakteriya və viruslar ola bilər.

Seçilən
16
cebheinfo.az

1Mənbələr