AZ

Özbək alimi: Bizim üçün informasiya məkanının “təmizliyi” önəmlidir

Bakı, 18 dekabr, AZƏRTAC

Media savadlılığı cəmiyyətin inkişafının mühüm tərkib hissəsidir. Hazırda informasiya sferası dəyişikliklərə məruz qalır. Biz media yüklü cəmiyyətdə yaşayırıq. Məlumatın çoxluğunu nəzərə alsaq, bunun öhdəsindən gəlmək daha çətin olur, çoxlu saxta xəbərlər var. İnsanlar məlumatların təhlili və yoxlanılmasında müstəqillik nümayiş etdirməlidirlər. Media savadlılığı onlarda inkişaf etdirilməli olan keyfiyyətdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru, filologiya elmləri doktoru, dosent Nozima Muratova bildirib.

İnformasiya manipulyasiyasına və müharibələrə qarşı mübarizədə media savadlılığının mühüm əhəmiyyətindən danışan özbək alimi bütün informasiya axınını əhatə etmək üçün jurnalist imkanlarının yetərli olmadığını qeyd edib.

“Hazırda müşahidə etdiyimiz yeni informasiya quruluşunda çoxlu sayda müxtəlif saxta xəbərlər, süni intellekt vasitəsilə yayılan məlumatlar var. İnformasiyanın etibarlılığını müəyyən etmək getdikcə mürəkkəbləşir. Bizim üçün informasiya məkanının “təmiz” olması, inkişafa xidmət etməsi və münaqişələrə səbəb olmaması vacibdir”, - deyə Nozimə Muratova fikrini yekunlaşdırıb.

Seçilən
27
azertag.az

1Mənbələr