AZ

"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR / VİDEO

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43-də yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakiblər “Gold Məkan” tikinti şirkətinin rəhbər şəxslərindən şikayət edirlər. Onlar iddia edirlər ki, Nərimanovda bir neçə binanı qanunsuz olaraq sökərək, yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold Məkan” MMC-nin rəhbərliyi sakinlərin narazılığını diqqətə almır:

“Vəziyyət o həddə çatıb ki, mənzilimizə daxil ola bilmirik. Dəfələrlə Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi şəxslərinin qəbulunda olmuşuq. Lakin icra başçısı qanunsuz aparılan tikinti işini dayandırmır.

Bütün əşyalarımız mənzildədir. “112“ qaynar xəttinə dəfələrlə zəng edirik. Lakin heç bir dövlət qurumu bizim şikayətimizə baxmır. Hətta binada yaşan 1-ci qrup əlil qadını da nəzərə almırlar. Binaya daxil olub əşyalarımızı yığmaq istəyirik, lakin binanı başımıza uçururlar.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)- 84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən, məhkəmənin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilib. Məhkəmə qərarına baxmayaraq, “Gold Məkan” MMC binanı başımıza uçurur. Qeyri-qanuni olaraq, Nərimanov İcra Hakimiyyətinin başçısı bütün bunlara göz yumur. Halbuki, dəfələrlə xahiş etmişik ki, tikinti müvəqqəti olaraq dayandırılsın.

Onu da vurğulayaq ki, bütün bu qanunsuzluqlarla bağlı cənab Prezidentə şikayət olunub. Lakin məmurlar öz işlərini icra etmirlər”.

Aynurə MUSTAFAYEVA

Redaksiyadan: "Gold Məkan" MMC-nin mövqeyini dərc etməyə hazırıq.

https://youtube.com/shorts/Y3Uc4vDZ7nM?si=KANLPQlKQrpVMxK7

https://youtube.com/shorts/b_aFryrs9hI?si=QOoINbIDuNBni2ry

Seçilən
39
1
hurriyyet.az

2Mənbələr