“Rusiya Suriyanın dəstəyini itirib”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
O qeyd edib ki, BMT Baş Assambleyasında Ukraynanın işğal olunmuş ərazilərində insan haqlarının vəziyyətinə dair qətnamə qəbul olunub:
“Suriya ilk dəfə olaraq Rusiyaya dəstək verməyib. Bu ölkə nümayəndəsi səsverməyə qatılmayıb.Halbuki, Suriya BMT-də daim Rusiyanın mövqeyindən çıxış edirdi. Əsədin devrilməsi ilə Moskva azsaylı müttəfiqlərindən birini itirib”.
Ekspert qeyd edib ki, Şamdakı müvəqqəti hökumətin nümayəndəsi Rusiyanı Suriyadakı mövcudiyyətinə və maraqlarına yenidən baxmağa çağırıb: “Həmçinin bununla onun hərbi bazalarının ölkədə qalmasına isti yanaşmadıqlarına işarə etmiş olub”.
Günay