AZ

“Rusiya Suriyanın dəstəyini itirdi" - ŞƏRH

“Rusiya Suriyanın dəstəyini itirib”. 

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

 

O qeyd edib ki, BMT Baş Assambleyasında Ukraynanın işğal olunmuş ərazilərində insan haqlarının vəziyyətinə dair qətnamə qəbul olunub:

 

“Suriya ilk dəfə olaraq Rusiyaya dəstək verməyib. Bu ölkə nümayəndəsi səsverməyə qatılmayıb.Halbuki, Suriya BMT-də daim Rusiyanın mövqeyindən çıxış edirdi. Əsədin devrilməsi ilə Moskva azsaylı müttəfiqlərindən birini itirib”.

 

Ekspert qeyd edib ki, Şamdakı müvəqqəti hökumətin nümayəndəsi Rusiyanı Suriyadakı mövcudiyyətinə və maraqlarına yenidən baxmağa çağırıb: “Həmçinin bununla onun hərbi bazalarının ölkədə qalmasına isti yanaşmadıqlarına işarə etmiş olub”.

 

Günay 

phrase_var_article.chosen
14
sfera.az

1phrase_var_article.sources