AZ

Tüstü bacasını yoxlamaq üçün bunu edin! - Ekspert Açıqlayır

"Dəm qazı təhlükəsindən qorunmaq üçün, qaz təsərüfatı olan yerlərdə təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. "

Təhlükəsizlik eksperti Elmar Nurəliyev bunu News365.az-a deyib. 

"Qaz özündə kifayət qədər təhlükəni etifa edir. Düzgün istifadə olunmadıqda dəm qazına səbəb olur. Qaz cihazlarının quraşdırılması, hər hansı bir texniki qulluğun göstərilməsi mütləq ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Lahiyədən kənar müdaxilə yol verilməzdir. Qohum, tanış bu işi bacarır, etibar edim bu yolverilməzdir. Təhlükəsizlik baxımından da məqsədə uyğun deyil. Qaz cihazları olan otaqlarda havalandırma olmalıdır. Belə otaqlarda kifayət qədər oksigen lazımdır ki, qaz normativlərə uyğun olan istismarı həyata keçirsin.

Hansısa bir tüstü bacasını yoxlamaq üçün bir kağız parçasını yandıraraq onun sovurma qabiliyyətinin olub-olmadığını yoxlamaq lazımdır. Əgər sovurma qabiliyyəti yoxdursa deməli tüstü bacası işlək vəziyyətdə deyil. Bəzən tüstü bacası illərlə təmizlənmir, bacada dəlik , çat olur yaxud da məşiət tullantıları, heyvan cəsədləri qala bilər . Bu da yanma prosesinin qarşısını alır və dəm qazı yaradır. Dəm qazının əsasən hamam otaqlarında yaranmasının səbəbi isə budur ki, qaz cihazları hamam otaqlarında quraşdırılıb. Bu təhlükəsizlik baxımından yolverilməzdir. Ancaq artıq quraşdırılıbsa, mütləq havalandırma sistemləri işlək olmalıdır".

News365.az


phrase_var_article.chosen
10
news365.az

1phrase_var_article.sources