Bakı, TurkicWorld
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler, Böyük Britaniyanın Müdafiə Təchizatları və Sənayesi üzrə Dövlət Naziri Maria Eagle ilə Ankarada görüş keçirib.
TurkicWorld xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Maria Eagle rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib.
Görüşlər Milli Müdafiə Nazirliyinin binasında baş tutub.
Görüşdən yayımlanan fotolarda nazirlərin müzakirələr apardıqları və ikitərəfli müdafiə əməkdaşlığı məsələlərini müzakirə etdikləri görülüb.
Millî Savunma Bakanı Yaşar Güler, Ankara’ya ziyaret gerçekleştiren Birleşik Krallık Savunma Tedarik ve Sanayi Devlet Bakanı Maria Eagle ile bir araya geldi.#MillîSavunmaBakanlığı#YaşarGüler pic.twitter.com/TcK7X6CNkq
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 18, 2024