Bu gün deputat Azay Quliyev Milli Məclisdə 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərini əvvəlcədən elan olunmuş qrafikə uyğun olaraq qəbul edib.
Musavat.com xəbər verir ki, qəbulda iştirak edən seçicilər onları narahat edən məsələlərlə bağlı deputata müraciətlərini çatdırıblar.
Deputat vətəndaşları narahat edən məsələlərin araşdırılıb həlli ilə əlaqədar müvafiq addımların atılacağını bildirib.
Musavat.com