"Gürcüstan prezidenti Salome Zurabişvili artıq maraqlı deyil, buna görə də onun bu fəaliyyətlərinə xüsusi diqqət yetirmək istəmirəm".
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Zurabaşvilin Avropa Parlamentində çıxışına münasibət bildirərkən deyib.
O, bildirib ki, Zurabişvili 29 dekabrdan etibarən aktuallığını itirəcək.
“Onun prezident vəzifəsində cəmi iki həftədən də az müddəti qalıb. 29 dekabrdan sonra isə tamamilə aktuallığını itirəcək. Buna görə də onun bu fəaliyyətlərinə xüsusi diqqət yetirmək istəmirəm”, - deyə siyasətçi vurğulayıb.
Kobaxidze qeyd edib ki, Zurabişvili ağır emosional vəziyyətdədir, öz kreslosundan ayrıla bilmir:
“Belə bir insanın kresloya bu qədər möhkəm yapışmasına ilk dəfə şahid oluram. O, vəzifəsindən ayrıla bilmir və buna görə də ağır emosional vəziyyət yaşayır, hər cür addımı atmağa hazırdır. Qalan şeylər isə artıq maraqlı deyil” , - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az