AZ

Qocalmamaq üçün ən sadə üsul tapıldı

Yaşlanma, qocalma dayandırılması mümkün olmayan təbii bir prosesdir. 

Lakin Amerika Milli İnstitutunun alimləri onu yavaşlatmağın bir yolunu tapıblar. 

Cebhe.info bu barədə “Aging Cell”-ə istinadən yazır.

Onlar iddia edirlər ki, bunun üçün gündəlik kalori qəbulunu yalnız bir qədər azaltmaq lazımdır. Bu, genləri stimullaşdıracaq və əzələləri gücləndirəcək, yaşa bağlı dəyişiklikləri ləngidəcək.

Alimlərin uzunmüddətli tədqiqatın məlumatlarının təhlili göstərib ki, sağlam qocalmanın bioloji proseslərini aktivləşdirmək üçün gündəlik kalori qəbulunu cəmi 12% azaltmaq kifayətdir.

Tədqiqat göstərib ki, ilk ildə məhdudiyyətlərə əməl etdikdə insanlar təxminən 10 kiloqram çəki itiriblər, lakin əzələ gücünü saxlayıblar. Yəni məhdudiyyət eksperiment iştirakçılarının əzələlərini gücləndirib. Bundan əlavə, kalori qəbulunun azaldılması yaşlanma ilə sıx əlaqəli olan və bir çox yaşlı insanlarda inkişaf edən toxuma iltihabını azaldıb.

Seçilən
366
2
cebheinfo.az

1Mənbələr