AZ

Qrant müsabiqəsi çərçivəsində özəl bağçalara qeydiyyat yenidən başlayıb

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəlməktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqlarınqeydiyyatına start verilib.

Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, qeydiyyat prosesi www.bq.edu.az portalı üzərindən həyatakeçirilir.

Özəl məktəbəqədər təhsil müəssisələrinin boş qalan yerlərinəyerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuninümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəlməktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideyninödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədərtəhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.

Qeyd edilib ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-citədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul olunabilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsilmüəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsilhaqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindənibarətdir.

Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədərtəhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər biruşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsininqrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindənödənilməsi nəzərdə tutulub.

phrase_var_article.chosen
13
41
az.trend.az

10phrase_var_article.sources