AZ

İsveç yığmasının kapitanı: Azərbaycanlı futzalçılar döyüşkən mübarizə apardılar

Bakı,18 dekabr, AZƏRTAC

“Azərbaycan millisi yaxşı komandadır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə İsveç millisinin kapitanı Petrit Zubi Avropa çempionatının əsas mərhələsində Bakıda Azərbaycan yığması ilə 3:3 hesablı etdikləri oyun barədə danışarkən deyib.

O, matçın son saniyələrində buraxdıqları qola görə məyus olduğunu bildirib: “Qələbə qazanmağa yaxın idik. Təəssüf ki, buna nail ola bilmədik. Rəqib oyunçular meydanda döyüşkən mübarizə apardılar. Qarşıdakı matçlara ciddi şəkildə köklənməliyik”.

Təcrübəli futzalçı Bakı şəhərini bəyəndiyini söyləyib: “Paytaxtınız çox gözəl və sakitdir. Qonaqpərvərlikdən razı qaldıq. Azərbaycana təşəkkür edirəm”

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.

 

phrase_var_article.chosen
28
azertag.az

1phrase_var_article.sources