AZ

İspaniyadan vətəninə qayıdacaq?

Karlo Ançelotti gələn ildən vətənində işləyə bilər.

“Real”ın baş məşqçisi 2025-ci ilin yayında klubu tərk edə bilər. İtaliya mənbələrinin məlumatına görə, “Roma” təcrübəli mütəxəssislə yaxından maraqlanır. Paytaxt klubunun rəhbərliyi Ançelottinin “Real”dakı problemlərindən yararlanmağa hazırdı.

“Roma”nın hazırkı baş məşqçisi Klaudio Ranyeri komandanı uzun müddət çalışdırmağı planlaşdırmır. O, klubda tezliklə rəhbər vəzifələrdən birini tutacaq. “Roma” isə baş məşqçi vəzifəsini Ançelottiyə təklif etmək istəyir. Maraq üçün qeyd edək ki, Ançelotti futbolçu karyerası ərzində 8 mövsüm “Roma”da oynayıb.

Seçilən
33
football-plus.az

1Mənbələr