AZ

Avtobusda 20 immiqrant daşıyan şəxs saxlanıldı

Polis qruplarını görəndə qaçmağa çalışan sürücünün avtobusunda 20 qeyri-qanuni miqrant aşkarlanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Amasya bölgəsində baş verib.
 
Belə ki, 20 nəfər immiqrantı avtobusla İğdırdan Sakaryaya aparan S.D. adlı şəxs yolda nəzarət edən polis qruplarını görüb. Avtomobili dayandıran S.D geriyə dönərək qaçmağa çalışıb.
 
Polis müdaxilə edərək avtobusu saxlayıb. Qruplar mikroavtobusda yaşları 18-30 arasında olan 20 immiqrantı yaxalayıblar. Şübhəli təşkilatçı sürücü S.D. və yanındakı Ü.A. adlı şəxs saxlanılıb.
 
İmmiqrantlar əməliyyatlardan sonra Amasya Köç İdarəsi Müdirliyinə təhvil verilib.
 
Oksana

Seçilən
34
1
azxeber.com

2Mənbələr