Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, həmsöhbətlər ikitərəfli münasibətləri, o cümlədən regional və qlobal məsələləri müzakirə edib.
Ərdoğan söhbət zamanı Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu qeyd edib.
Daşqın HəsənovMissiya.Az