AZ

Nazir müavini: Təhsil texnologiyaları qabaqlamalıdır

Süni intellekt prosesində çalışan səhiyyə işçilərini formalaşdırmaq lazımdır.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu da təbii ki, təhsil sistemi ilə əlaqəlidir:

“Təhsil sistemində də bu, daima düşünülür və gələcək inkişafını proqnozlaşdırır. Bu gün elə məzunlar yetişdirməliyik ki, onlar hələ biz bilmədiyimiz vəzifələri yerinə yetirmək istiqamətində olsunlar. Bu, təhsilin əsas vəzifəsidir və əlbəttə çox çətin məsələdir. Bu o deməkdir ki, təhsil əslində texnologiyaları qabaqlamalıdır. Ona görə də ibtidai, orta və ali təhsildə bunlar hamısı nəzərə alınmalıdır və elə məzunlar formalaşdırmalıyıq ki, onlar bütün bu vəzifələrin öhdəsindən gələ bilsinlər”.

Nazir müavini bildirib ki, hər bir təhsil müəssisəsində bununla bağlı lazımi işlər aparılır:

“Bu gün yeni motedologiyalardan, yeni üslublardan istifadə etmək çox vacibdir. Bu, ilk növbədə müasir texnologiyalarla bağlıdır. Sintez şəklində tədrisin aparılması, formal və qeyri-formal tədrisin öyrədilməsi, eyni zamanda virtual metodikalardan istifadə etmək, xüsusilə səhiyyə işinə hazırlanan kadrlar üçün çox önəmlidir. Virtual metodikalar qısa müddətdə mənimsəmədə çox gözəl imkan yaradır”, - F.Qurbanov deyib.

O qeyd edib ki, əsas istiqamət az məsrəflərlə hər bir müəssisədə qoyulan məqsədlərə nail olunmasıdır:

"Ümumi götürəndə, bu, hər bir müəssisənin rəhbərindən çox asılıdır. Hər bir işçi bilməlidir ki, onun fəaliyyət göstərdiyi müəssisədə peşəkardır. İşçi bilməlidir ki, işlədiyi yerdə işçilər arasında özgə deyil. İşçi bilməlidir ki, aldığı məvacib işlədiyi fəaliyyətə uyğundur. Yalnız bu halda hər bir müəssisənin fəaliyyəti uğurlu ola bilər".


Telegram kanalımız
Seçilən
36
1
yenisabah.az

2Mənbələr