AZ

Donbass və Krımı qaytara bilmək gücümüz yoxdur - Zelenskidən ETİRAF 

Ukraynanın Donbass və Krımı öz nəzarətinə geri qaytarmağa imkan verəcək resursları yoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Le Parisien”ə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“De-fakto, bu ərazilər indi rusların nəzarətindədir. Onları geri qaytarmaq bizim gücümüz xaricindədir. Biz ancaq beynəlxalq ictimaiyyətin Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün diplomatik təzyiqinə arxalana bilərik”, - deyə Ukrayna rəhbəri bildirib.

Ukraynanın müharibəyə son qoymaq üçün kompromislərə getmək istəyi ilə bağlı sualı cavablandıran prezident mənfi cavab verib və qeyd edib ki, Kiyev Krımdan və ya Donbasdan imtina etməyə hazır deyil.

Zelenski əlavə edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevin Moskva ilə münaqişəyə son qoymaq istəməməsindən xəbərdardır. Onun sözlərinə görə, münaqişənin dondurulması və Rusiya ilə tez razılıq əldə etmək riski var.

phrase_var_article.chosen
31
1
modern.az

2phrase_var_article.sources