AZ

İrəvanın Bakıya təklifləri: “Məzmunu açıqlamaq istəmirəm”

Hansı təkliflərin müzakirə olunduğunu bilirəm, amma hələlik rəsmi cavab olmadığı üçün onların məzmununu açıqlamaq istəmirəm.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Biz demədik ki, danışıqlar aparırıq, dedik ki, təkliflər vermişik”, - deyə Qriqoryan əlavə edib.

O, Bakının “Zəngəzur dəhlizi” ilə bağlı səsləndirdiyi bəyanatlardan danışaraq vurğulayıb:

“Dönə-dönə təkrar etmişik ki, qırmızı xətlər var, onları keçmək yolverilməzdir. Bunu müzakirə etmək və ya şərh etmək belə istəmirəm. Belə bir şey sadəcə baş verməyəcək. Əgər bu barədə daim danışılırsa, biz də daim təkrar edəcəyik: Ermənistan dəhlizi çox sadə, lakin çox ehkamlı şərtlərlə - suverenlik və yurisdiksiya altında açmaq istəyir və buna hazırdır”,

Baş nazirin müavini bildirib ki, demarkasiya komissiyasının növbəti iclasının vaxtı ilə bağlı hələlik Azərbaycanla razılaşmaları yoxdur:

“Ancaq düşünürəm ki, görüş yaxın vaxtlarda olacaq, çünki reqlamentin müzakirəsi və təsdiqi mərhələsində razılıq əldə olunub ki, reqlament qüvvəyə mindikdən sonra görüşək və işimizi davam etdirək”.


Telegram kanalımız
Seçilən
35
yenisabah.az

1Mənbələr