AZ

İtaliyalı futbolçunun problemi nədi?

Yayda “Liverpul”a keçən Federiko Kyezanın komandada nadir hallarda görünməsinə aydınlıq gəlib.

Federiko “Liverpul”a 35 milyon avroya “Yuventus”dan keçib. 27 yaşlı vinger bu mövsüm İngiltərə klubunun heyətində 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. O, sentyabrda əzələ zədəsi aldıqdan sonra oynamaq şansı qazanmayıb. “Liverpul”un baş məşqçisi Arne Slot italiyalı futbolçu haqda belə deyib:

“Problem ondadı ki, bizim oyunlarımız çoxdu. Kyezaya isə indi oyun vaxtı lazımdı. Futbolçu zədə səbəbindən təxminən 5-6 ay ərzində oynamırsa, bəzən məşqçi üçün ona şans vermək çətin olur. Çünki həmin oyunçudan nə gözləyəcəyini bilmirsən”.
Seçilən
14
football-plus.az

1Mənbələr