Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Kirillovun avtomobili Moskvada partladılandan sonra onun sürücüsü sağ qalıb.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillovun avtomobilinin partlayışından sağ qalan yeganə şəxs onun sürücüsü olub.
General-leytenant və köməkçisi maşına əyləşmək istəyərkən partlayış baş verib. Əldə hazırlanmış partlayıcı işə düşən zaman isə sürücü “Toyota Camry” markalı xidməti avtomobildə olub. O, partlayış vaxtı avtomobilin içərisində olduğu üçün sağ qalıb.
O, hazırda xəstəxanadadır - ona beyin silkələnməsi, həmçinin şüşə qırıqlarından üz və əlin zədələnməsi diaqnozu qoyulub.