AZ

Azərbaycan Rusiyaya 300 MVt həcminədək elektrik enerjisi tədarük edə bilər

Azərbaycan Rusiyaya 250-300 MVt həcmində elektrik enerjisi tədarük edə bilər.

FED.az xəbər verir ki, bunu “İnter RAO” ASC-nin İdarə Heyətinin üzvü Aleksandra Panina “Rusiyanın Bərpa olunan enerjisi” konfransı çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycan və Gürcüstandan Rusiyaya elektrik enerjisi tədarükü imkanları barədə cavab alıb.

“Azərbaycan 250-300 MVt həcmində yardım göstərə biləcəyini bildirib. Gürcüstan isə vəziyyətdən asılı olaraq qərar verəcəklərini bildirib”, – A.Panina qeyd edib.

O bildirib ki, 2024-cü ildə artıq Azərbaycandan elektrik enerjisi tədarükü edilib (Report).

Seçilən
25
fed.az

1Mənbələr