AZ

Gerasimov: Bu böhran böyük müharibəyə çevrilə bilər

Yaxın Şərqdə böhranın regional müharibəyə çevrilməsi təhlükələri qalmaqdadır.

Axar.az xəbər verir ki, bunu Rusiya ordusunun Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

“Yaxın Şərqdə vəziyyət durmadan pisləşir. Böhranın regional müharibəyə çevrilməsi riskləri qalmaqdadır”, - o bildirib.

Gerasimov qeyd edib ki, bölgədə çətin vəziyyət Fələstin-İsrail münaqişəsi zonasında, Livan və Yəməndə qalmaqdadır:

“Yaxın Şərqdə müharibə aparan tərəflərin qeyri-regional dövlətlər tərəfindən dəstəklənməsi, Livanın bu işə qarışması və İranı təxribata çəkmək cəhdləri regionda qeyri-sabitlik zonasının genişlənməsi üçün təhlükəli ilkin şərtlər yaradır”.

Seçilən
25
axar.az

1Mənbələr