AZ

“Tehrana qarşı təzyiqlər güclənir” - Açıqlama


“Yaxın vaxtlarda İranla ABŞ və İsrail arasında müharibənin olması istisna olunsa da, rəsmi Tehrana qarşı təzyiqlər artıq baş qaldırıb. Buna qədər İran xalqına müxtəlif müraciətlər edilirdi. İstənilirdi ki, daxildə siyasi rejimə qiyam hazırlansın. Amma bu plan alınmadı”.

Bunu politoloq Zaur Məmmədov Bakupost.az-a deyib.

O bildirib ki, ona görə də xarici müdaxilə ilə bağlı fikirlər genişlənməkdədir:
“Bu fikirlər İran hakimiyyəti qarşısında bir sıra çağırışlar qoyur. Bunun nəticəsində İran daxilində müəyyən liberallaşmanın olması, açılım siyasətinin həyata keçirilməsi, Qərblə münasibətlərini sahmana salınması mümkündür”.

Sevinc,
BakuPost
Seçilən
64
bakupost.az

1Mənbələr