AZ

Qırğızıstan prezidenti baş naziri vəzifədən azad etməsinin səbəbini açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qırğızıstanın sabiq baş naziri Akılbek Japarov vergi xidmətinin fırıldaqçılıqda ittiham olunan rəhbərliyinə qarşı cinayət işi ilə əlaqədar vəzifəsindən azad edilib.
Oxu.Az-ın 24.kg agentliyinə istinadən məlumatına görə, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov parlament iclasında bildirib.
"Vergi sistemindəki mənfi hallar bizi çox məyus etdi. Aksiz markalarına aid fırıldaqlar aşkar olunub. Bu sahə Akılbek Usenbek oğlunun (Japarovun) nəzarətində idi və müvafiq olaraq qanunsuz hərəkətlərin qarşısını almaq olardı. Mən maraqlar toqquşmasını aradan qaldırmaq üçün Dövlət Vergi Xidmətinin (DVX) rəhbərliyinə qarşı aparılan cinayət işi ilə əlaqədar onu (baş nazir) vəzifəsindən kənarlaşdırmağa məcbur oldum", - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, dekabrın 16-da hökumət başçısı Akılbek Japarov vəzifəsindən azad edilib, bundan sonra hökumətdə kadr dəyişiklikləri başlayıb. Dekabrın 18-də Qırğızıstan Prezidenti Sadır Japarov Adılbek Kasımaliyevi respublikanın Baş naziri təyin etmək haqqında fərman imzalayıb.
phrase_var_article.chosen
24
oxu.az

1phrase_var_article.sources