AZ

"Vampir" xəstəliyinin əlamətləri hansılardır? 

"Vampir" xəstəliyi nəinki ölkəmizdə, dünyada çox az görünən irsi qan xəstəliyidir. Mütəxəssislər bildirir, bu xəstəlik il ərzində dünyada 10 milyonda bir nəfərdə aşkarlanır.  

Terapevt Samirə Kazımova "Yeni Azərbaycan"a açıqlamasında bildirib ki, bu xəstəliyin digər bir adı da "porfiriya"dır: "Yəni porfirin sintezinin pozulması nəticəsində əmələ gəlir. Bu xəstəliyi olan adamlarda ciddi dəyişiliklər görünür. Onlarda yüksək işığa, günəşə qarşı həssaslıq yaranır. Belə hallarda işıq şüaları nəticəsində həmin adamların bədənində yanıq yaraları əmələ gəlir. Belə xəstlərin sidiyi tünd qırmızı rəngdə, alın və gicgah nahiyələri tüklü olur. Eyni zamanda psixoloji pozuntular baş verir". 

Araşdırmalar göstərir ki, bu xəstəlik qan çatışmazlığından qaynaqlanır. 

S.Kazımova onu da bildirib ki, belə xəstələrdə bədənin müəyyən hissələrində qırmızımtıl nahiyələr müşahidə olunur.

Havar Şəfiyeva

phrase_var_article.chosen
19
yeniazerbaycan.com

1phrase_var_article.sources