AZ

Bakıda milyonlarla pulu Çinə göndərən ər-arvad kimdir? - ŞOK FAKTLAR

Bakıda Azərbaycanın 53 vətəndaşına qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə proses keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bəzi şəxslərin dindirilməsi istənilib. Bildirilib ki, bir qrup şəxsin adından pullar başqa hesaba köçürülüb.
 
Təqsirləndirilənin vəkili qeyd edib ki, həmin şəxslər dindirilməlidir.
 
Dövlət ittihamçısı Fariz Rzayev isə deyib ki, müraciətdə qeyd olunan şəxslərin faktiki araşdırılan cinayət işinə heç bir adiyyəti yoxdur. O, həmin şəxslərlə bağlı işin araşdırılması üçün istintaq orqanına göndərilməsini istəyib.
 
Yerində müşavirə keçirən hakimlər qərar qəbul ediblər. Vəsatət təmin olunub və vəkilin qeyd etdiyi şahidlərin dindirilməsi barədə qərar qəbul edilib.
 
Hakim deyib ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla Babazadə tərəfindən müxtəlif şəxslərin adlarına böyük məbləğlərdə pul köçürüb. Leyla Babazadə 32 simkartdan istifadə edib, milyonlarla vəsait dövrüyyə olunub və sonda Çinin Honkonq şəhərinə gedib və vəsait leqallaşırılıb.
 
Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. /Teleqraf.com/
 
Seçilən
33
6
moderator.az

10Mənbələr