İspaniyanın “Real Madrid” klubunun futbolçusu Arda Gülərə daha bir transfer təklifi gəlib.
“Cebheinfo.az” xəbər verir ki, Almaniyanın “Borussiya Dortmund” klubu da türk futbolçunu heyətinə qatmaq istəyir.
Belə ki, alman klubunun baş məşqçisi Nuri Şahin həmyerlisinin icarəyə götürülməsini istəyib. Ardından “Borussiya Dortmund” Ardanı 6 aylıq icarəyə götürmək üçün “Kral klubu”na transfer təklif verib. Lakin Madrid təmsilçisi son matçlarda yaxşı performans göstərən 19 yaşlı futbolçu üçün gələn bütün təklifləri geri çevirib. Ardanın mövsümü “Real Madrid”də tamamlayacağı gözlənilir.