AZ

İrakli Kobaxidze: “Makkeyn İnstitutu” Gürcüstanda istədiyinə nail ola bilmədi

“Makkeyn İnstitutu”nun arzuları Gürcüstanda həyata keçmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze “Makkeyn İnstitutu”nun “hələ ki, Gürcüstanda heç kimin öldürülməməsi möcüzədir, amma hökumət “quldurları”nın əli ilə ölümlər baş verərsə, siyasi mühit daha da qeyri-sabit olacaq” bəyanatını şərh edərkən deyib.

Baş nazirin sözlərinə görə, “Makkeyn İnstitutu” və ümumiyyətlə, belə insanlar istəklərinə nail ola bilməyiblər. “Sonda çox keçmədən - beş gün ərzində bizim hüquq-mühafizə sistemi Tbilisi küçələrində gördüyümüz sistematik və kobud zorakılıqla çox asanlıqla bacara bildi. Hər şey xüsusi fəsadlar olmadan başa çatdı”, - deyə Baş nazir bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

phrase_var_article.chosen
34
2
xalqqazeti.az

3phrase_var_article.sources