AZ

Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - YENİ TƏYİNATLAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Asiman Hüseynov vəzifəsindən azad edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Asiman Hüseynov sözügedən vəzifəsindən azad olunaraq, başqa bir idarəyə təyinat alıb.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsinə Bəxtiyar Tağıyev gətirilib.
Qeyd edək ki, Bəxtiyar Tağıyev bundan əvvəl Bakı şəhər Regional Tikinti Müfəttişliyinin rəisi olub.
Xatırladaq ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.
Seçilən
30
14
oxu.az

10Mənbələr