Türkiyə Suriyanın yenidən qurulmasında beynəlxalq ictimaiyyəyi əməkdaşlığa çağırıb.
“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Ankarada görüşündə Suriya və Yaxın Şərqdə indiki vəziyyəti gündəmə gətirib.
Görüş zamanı Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşuna dəstək çıxacağını, Suriya xalqı və yeni hakimiyyətin yanında olacağını bildirib. Ərdoğan beynəlxalq ictimaiyyəti Suriyanın yenidən qurulmasında əməkdaşlıq etməyə çağırıb. Prezident Ərdoğan Türkiyənin öz milli təhlükəsizliyini qorumaq və Suriyadakı qeyri-sabitliyə son qoymaq üçün bütün terror təşkilatlarına qarşı mübarizə apardığını və bu mübarizəni davam etdirəcəyini bəyan edib.