AZ

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Amerika BirləşmişŞtatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1 milyard507 milyon 398 min ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 672milyon 317 min ABŞ dolları (80,5%) çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 3,50%-i həcmində olub.

10 ayda Azərbaycan ABŞ-yə 129 min 961 ABŞ dolları dəyərindəməhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə98,8% azdır.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ABŞ-dən məhsulidxalını illik müqayisədə 67,1% artıraraq, 1 milyard 377 milyon 436min ABŞ dollarına çatdırıb. Dövr ərzində ABŞ ilə idxaləməliyyatları ölkənin ümumi idxalının 7,34%-ni təşkil edib.

phrase_var_article.chosen
12
4
az.trend.az

3phrase_var_article.sources