AZ

İran hakimiyyətinin Suriya yalanları - VİDEO

"Suriyada Bəşər Əsəd rejimi devrildikdən dərhal sonra belə bir sual meydana çıxdı ki, nə üçün İran, eləcə də Rusiya kimi hamiləri olan Əsəd hakimiyyəti belə asanlıqla süqut etdi? Rusiyanın, hər halda, göz önündə olan bəraəti var - başı Ukrayna müharibəsinə qarışıb! Bəs İran? Necə oldu ki, rəsmi Tehranın illər boyu hərtərəfli yardım göstərdiyi və birbaşa hərbi dəstək verərək ayaqda saxladığı Əsəd rejimi günəş altındakı qar kimi qısa müddətdə əriyib yoxa çıxdı?"
 
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
 
Bildirilir ki, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə səslənən bu sualın İran hakimiyyətinin onsuz da zəifləməkdə olan regional nüfuz və təsirinə ciddi zərbə vurduğunu yaxşı anlayan rəsmi Tehran Suriya uğursuzluğuna bəraət qazandırmaq üçün müxtəlif təbliğat tezisləri irəli sürməyə başlayıb.
 
"Bu tezislər İran hakimiyyətinin Suriya ilə bağlı proseslərdə guya hər şeyi doğru etdiyini əsaslandırmaq və baş verənlərin məsuliyyətini kənar qüvvələrin üzərinə atmaq niyyəti güdür.
 
Məsələn, Əsəd rejiminin devrilməsindən sonrakı ilk günlərdə belə bir müddəa ortaya atılıb ki, Bəşər Əsəd guya İranın məsləhətlərinə əməl etmədiyi üçün acınacaqlı aqibətlə üzləşib. Bu tezis o cümlədən İran hakimiyyətinin Azərbaycandan olan əlaltıları tərəfindən də geniş təbliğ olunub: iddia olunub ki, guya Əsəd "Ağa"nın, yəni Əli Xameneinin sözlərinə qulaq assaydı, hakimiyyətini qoruyub saxlaya bilərdi. Halbuki real faktlar Əsədin məhz İranın sözlərinə qulaq asdığı üçün hakimiyyətini itirdiyini göstərməkdədir. O da məlumdur ki, Bəşər Əsəd son vaxtlar İranın diktəsindən xilas olmaq və ərəb dövlətləri ilə əlaqələrini bərpa etmək üçün müəyyən addımlar atmağa çalışıb, lakin artıq gec olub və İran da buna hər vəchlə maneçilik edib. Məhz İran, Rusiyadan fərqli olaraq, Əsədin Türkiyə ilə münasibətləri yoluna qoymasına imkan verməyib, Türkiyə prezidentinin bununla bağlı açıq çağırışları müqabilində Əsədi şərtlə danışmağa təhrik edib. Nəticədə Əsəd rejimi regional və beynəlxalq səviyyədə tam təcrid olunaraq labüd süqut ilə üzləşib".
 
Ətraflı süjetdə:

 

phrase_var_article.chosen
14
6
moderator.az

7phrase_var_article.sources