AZ

“Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”

“Yeri gəlmişkən, Borrel (Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozep Borrell - red.) haqqında danışdıq, mən ona məhəl qoymadım. Bunun ardınca ona hələ bir-iki siqnal göndərmək istəyirəm”.

Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Hərçənd mən COP-da çıxışlarımın birində bu barədə danışmışam, hətta Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər biz cəngəlliyiksə, bizdən uzaq durun.
Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”, - dövlət başçısı vurğulayıb.
Seçilən
43
2
yenilik.az

3Mənbələr