AZ

Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının Suriyaya səfəri zamanı geyindiyi 3700 lirəlik (180 manat) ayaqqabı ictimaiyyətin diqqətini çəkib. MİT rəhbərinin ayaqqablarının müzakirə edilməsi sosial şəbəkələrin Azərbaycan seqmentində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə bağlı məşhur epizodu gündəmə gətirib. Belə ki, partiya sədrinin bir zamanlar televiziyada canlı yayım zamanı ayaqqabısını çıxarıb yamağını göstərməsi xatırlanıb.

Globalinfo.az-a danışan Hafiz Hacıyev indi də ucuz ayaqqabı geyindiyini bildirib.

O, yeni ayaqqabılarını bir neçə gün öncə endirimlə əldə etdiyini deyib:

“Oxuculara minnətdaram ki, heç olmasa bizim ayaqqabılarımızı unutmurlar. Bunun özü də böyük bir işdir. Başqaları ayrı şeylərlə yadda qalır, biz isə kasıb adamlarıq. Mənim hazırda geyindiyim ayaqqabının qiyməti 32 manatdır. Onlayn satış platformasında reklam da edilir. Kim maraqlanırsa, 16-18 manata əldə edə bilər. Məsələn, əvvəl 60 manata olan ayaqqabıları indi hətta 15 manata endiriblər. Dediyim kimi, geyindiyim ayaqqabını 32 manata almışam. Kimə də lazım olsa verə bilərəm, geyinsinlər. “Prakata” istəsələr, onu da verə bilərik (gülür). Hörmətli oxucularımız gedib, başqalarının milyardları ilə maraqlansınlar”.

phrase_var_article.chosen
19
turkustan.az

1phrase_var_article.sources