AZ

“Media Savadlılığı” Həftəsi çərçivəsində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdlərinə “Media Savadlılığı” ilə bağlı təlim keçilib

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media Savadlılığı” Həftəsi çərçivəsində dekabrın 18-də Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin müxtəlif siniflərindən ibarət 60 şagirdə “Media Savadlılığı” ilə bağlı təlim keçilib.

Təlimin məqsədi şagirdlərə kütləvi informasiyanın məzmunu, ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə və təhlil qabiliyyətini aşılamaqdan ibarət olub.

Təlimçi qismində çıxış edən Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin Rəqəmsal Texnologiyaların İnkişafı və Media Təhsili şöbəsinin müdiri Toxir Umarov qeyd edib ki, media savadlılığı yalnız informasiya mənbələrinin doğru seçilməsinə kömək etmir, eyni zamanda, cəmiyyətin sağlam və məsuliyyətli vətəndaşlar yetişdirməsinə də töhfə verir. O, şagirdlərə sosial şəbəkələrdə yayılan xəbərlərin düzgünlüyünün yoxlanılması və dezinformasiya ilə mübarizə aparmaq üçün müxtəlif üsullar barədə praktiki məlumatlar verib.

Sonda şagirdlər arasında informasiyanın düzgün çatdırılması ilə bağlı interaktiv oyun keçirilib.

1/6
phrase_var_article.chosen
31
4
media.gov.az

5phrase_var_article.sources