AZ

Azərbaycan QHT-ləri YUNESKO-ya qarşı daha sərt addımlar atacaqlar....

Image

Zaur İbrahimov: "Müraciətə YUNESKO cavab verməsə, biz daha təsirli addımlar atacağıq"

zərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri YUNESKO-nun Baş direktoru Odri Azuleyə Açıq məktub ünvanlayıb. 

Məktubda deyilir: “Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib”. Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb, o da vurğulanıb ki, Aşıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib.

Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir, bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, YUNESKO praktiki addımlar atmayıb.

Maraqlıdır, YUNESKO vətəndaş cəmiyyətlərinin məlum müraciətinə reaksiya verməsə bu quruma qarşı hansı addım atılmalıdır?

“Azərbaycan QHT-ləri məlumatları BMT səviyyəsinə çatdıracaq, hələlik YUNESKO rəhbərliyinin qeyd edilən faktlara diqqətini yönəltmək istəyirik"

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, Azərbaycan vətəndaş cəmiyyəti müntəzəm olaraq Ermənistanın Azərbaycanın tarixi, mədəni irsinin yox edilməsi, abidələrin məhv edilməsi ilə bağlı müraciətlər edir. Ermənilər Azərbaycana aid qəbir daşlarını məhv edib, ya da adlarını dəyişdirib: "Azərbaycan QHT-ləri bu məsələni daim diqqətdə saxlayır və məlum məsələ ilə bağlı YUNESKO-ya müraciət edir. YUNESKO-ya ünvanlanan bəyanat Ermənistanın bu addımları ilə bağlıdır. Artıq İrəvanda Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir. Bu kimi məlumatlar vəziyyətin kritik halda olduğunu göstərir.  YUNESKO bu faktları qulaqardına vura bilməz. Məlumat üçün deyim ki,  Azərbaycan QHT-ləri məlumatları BMT səviyyəsinə çatdıracaq. Hələlik YUNESKO rəhbərliyinin qeyd edilən faktlara diqqətini yönəltmək istəyirik. Ümid edirəm ki, YUNESKO Azərbaycan QHT-lərinin bəyanatına müsbət cavab verəcək".

Həmsöhbətimiz onu da əlavə etdi ki, gələcəkdə dünya azərbaycanlıları da bu məsələ ilə bağlı etiraz aksiyalarına qoşulacaq. Yürüşlər olacaq, aksiyalar keçiriləcək: " YUNESKO tərəfindən laqeydlik müşahidə olunarsa biz bununla bağlı müəyyən işlər görəcəyik. YUNESKO-nun öz vəzifəsini necə  icra etməsi də dünya birliyinin diqqətinə çatdırılacaq. Məlum müraciətə YUNESKO cavab verməsə, biz daha təsirli addımlar atacağıq".

Günel CƏLİLOVA





phrase_var_article.chosen
34
baki-xeber.com

1phrase_var_article.sources