AZ

 “166 Yükdaşıma və Logistika" - xidmətindən  NARAZILIQ...

Referans.az" target="_blank">Referans.az xəbər verir ki, sosial şəbəkələrin birində Rüfət Nəbiyev adlı vətəndaş  “166 Yükdaşıma və Logistika" - xidmətindən narazı olduğunu yazıb. 


Vətəndaş qeyd edib ki, heç bir əlavə xidmət edilmədən onlardan artıq pul istənilib. Rüfət Nəbiyevin həmin paylaşımını olduğu kimi təqdim edirik:


"Salam şikayətim 166 Yükdaşıma və Logistika xidmətindəndir. 110 manata danışmışam xidməti. 10 azn kartına göndərdim gedəcəyi ünvandan 100 azn almalı olduqlarını bildirdim. Evdə qadın tək olduğundan getdikləri ünvannan 110 manat tələb ediblər.

Və üstəlik azmış kimi sürücü qadına bildirib ki fəhlələrin hərəsinə də 10-15 manat çayavoy verməsini tələb edib. Qadın da utandığından verib. Bildiyiniz dilənçidilər. Müştəri qiymət danışır razılaşır. Bəlkə həmin müştərinin ondan əlavə pulu yoxdur verməyə. Əlavə pul tələb etmək nəyə lazımdı axı. Mən hələ heçbir özünə hörmət edən şirkətdə görməmişəm ki işçi müştəridən bəxşiş istəsin. Ayıbdı".





phrase_var_article.chosen
36
referans.az

1phrase_var_article.sources